Azərbaycanda 2026-cı il üçün balıq ov kvotalarının müəyyənləşdirilməsi və su bioresurslarının davamlı idarə olunması ilə bağlı təkliflər hazırlanacaq.
Suinfo.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə 13-23 oktyabr tarixlərində Xəzər dənizində və daxili su hövzələrində aparılan elmi ekspedisiya uğurla başa çatıb.
Ekspedisiyanın məqsədi balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi olub. Tədqiqat zamanı Xəzər dənizinin müxtəlif bölgələrində, eləcə də daxili su hövzələrində balıq və digər su bioresurslarının populyasiyası, biomüxtəlifliyi və ekoloji vəziyyəti ilə bağlı nümunələr toplanıb, ilkin elmi müşahidələr aparılıb.
Eyni zamanda, balıqların yem bazasının tədqiqi məqsədilə götürülmüş su nümunələrinin laboratoriya şəraitində analizi davam edir. Toplanmış nəticələr əvvəlki illərin göstəriciləri ilə müqayisə ediləcək və yekun hesabat hazırlanacaq.
Hesabat Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim ediləcək.
[email protected]
(055) 946-06-60