Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Asan xidmət", "ASAN kommunal" mərkəzlərinə və "KOB evi"nə bu ilin 5 ayı ərzində daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb.
Agentlikdən Suinfo.az-a verilən məlumata görə, statistikaya əsasən 14 xidmət istiqaməti üzrə 78.813 müraciət daxil olub. Bunlardan 75.615 müraciətə baxılıb və xidmət göstərilib. 3.198 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.