Kanalizasiya sisteminin əksəriyyəti sovet dönəmində qurulub - Xidmət rəisi

Kanalizasiya sisteminin əksəriyyəti sovet dönəmində qurulub - Xidmət rəisi

Tədbirlər

23 Aprel 2025, 13:19

“Hazırda içməli su və suvarma suyu sahəsində müəyyən problemlər var. Su təchizatı və kanalizasiya sisteminin əksriyyəti sovet dönəmində qurulduğu üçün problemlər var, istismar müddətini başa vurub. Bunu hazırki iqtisadiyyata uyğunlaşdırmaq üçün sadəcə maliyyə vəsaiti kifayət etmir”.

Suinfo.az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin təşkil etdiyi ictimai dinləmədə deyib

“Qeyd olunan rəqəmlər ona dəlalət etmir ki, su təsərrüfatı sahəsində doğrudan da hər şey yüksək səviyyədədir və obyektlər tam istismara faydalıdır. Bu obyektlərin əksəriyyəti sovet dönəmində, 1970-80-ci illərdə tikilib. O dövrdən sonra bu sahədə 2010-cu ilə qədər yeniklik olmayıb. 2010-cu ildən sonra bir sıra obyektlər yenidən qurulub. Qlobal iqlim dəyişikliyi ən çox su sahəsində özünü göstərir, amma bizim ölkə bunu o dərəcədə də hiss etməyib”, - deyə R.Aslanov bildirib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et