Zaur Mikayılov Şəmkirdə vətəndaşları qəbul edib - FOTOLAR

Zaur Mikayılov Şəmkirdə vətəndaşları qəbul edib - FOTOLAR

Tədbirlər

11 Aprel 2025, 15:06

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Bu barədə Suinfo.az-a ADSEA-dan bildirilib.

Görüşdə Z.Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, subartezian quyularının təmiri və balansa götürülməsi, işlə təminat və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et