Özəl sektorun problemləri bu il həll olacaq

Özəl sektorun problemləri bu il həll olacaq

Tədbirlər

30 Yanvar 2025, 16:53

Azərbaycanda özəl sektorun qarşılaşdığı məsələlər və onların həlli yolları 2025-ci ilin prioritetləri sırasında yer alacaq.

Suinfo.az xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Su şəbəkəsinə qoşulma" İşçi qrupunun mətbuat konfransında deyib.

O qeyd edib ki, aparılmış islahatların nəticələri və həyata keçirilmiş dəyişikliklərin təsirləri təqdim olunmaqla yanaşı, qarşıdakı il üçün prioritetlər də müzakirə ediləcək:

"Davamlı dəyişikliklər bizim üçün əsas məsələlərdən biridir. Buna görə də, özəl sektoru maraqlandıran məqamları diqqətə almaq, onların qarşılaşdığı problemləri dinləmək vacibdir. Bu görüşdə iştirakçılarla birgə 2025-ci ilin yol xəritəsində əks olunacaq tədbirləri müəyyənləşdirəcəyik".

O əlavə edib ki, görüş çərçivəsində həm aparılan islahatların təqdimatı, həm də yeni hədəflərin və prioritetlərin müəyyən edilməsi istiqamətində iş aparılacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et