Azərbaycanda su şəbəkəsinə qoşulma sahəsində 2025-ci ildə həyata keçiriləcək tədbirlər Yol Xəritəsində əksinin tapacaq.
Suinfo.az xəbər verir ki, bunu Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev "Su şəbəkəsinə qoşulma" işçi qrupunun təqdimatında bildirib.
O əlavə edib ki, bu görüş çərçivəsində həm aparılan islahatların təqdimatı, həm də yeni hədəflərin və prioritetlərin müəyyən edilməsi istiqamətində iş aparılacaq.
"Davamlı dəyişikliklər bizim üçün əsas məsələlərdən biridir. Buna görə də, özəl sektoru maraqlandıran məqamları diqqətə almaq, onların qarşılaşdığı problemləri dinləmək vacibdir. Bu görüşdə iştirakçılarla birgə 2025-ci ilin yol xəritəsində əks olunacaq tədbirləri müəyyənləşdirəcəyik", - V. Şıxəliyev deyib.
Katibliyin rəhbəri vurğulayıb ki, özəl sektorun qarşılaşdığı məsələlər və onların həlli yolları 2025-ci ilin prioritetləri sırasında yer alacaq.