“Su şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib

“Su şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirilib

Tədbirlər

30 Yanvar 2025, 15:08

Bakıda Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın və Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin təşəbvüsü ilə “Su şəbəkəsinə qoşulma” işçi qrupunun 12-ci iclası keçirilib.

 

Suinfo.az xəbər verir ki, təbdirdə Komissiyanın Katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul vəzifəli şəxsləri, İşçi qrupun üzvləri, “Caspian Energy Club”ın əməkdaşları, sahibkarlar, qeyri-hökümət təşkilatları və media nümayəndələri iştirak ediblər. 

 

İclasda "Su şəbəkəsinə qoşulma üzrə “Bir pəncərə” sisteminin tam işə düşməsinin, qoşulma üzrə proseduralar və vaxtın, eləcə də xərclərin (yeni qoşulma tariflərinin) təqdimatı", "Su şəbəkəsinə qoşulma üzrə rəy verən qurumlar arasında koordinasiya və yeni tariflərin təsdiqi ilə bağlı işlərin müzakirəsi", "Business Ready” hesabatının müvafiq alt-indikatoru üzrə görülən işlər və 2025-ci ildə qarşıda duran prioritetlərin müzakirəsi, "Yol Xəritəsində nəzərdə tutulmuş tədbirlərin icra vəziyyətinin müzakirəsi və əsas nailiyyətlərin təqdimatı" əsas müzakirə mövzuları olub.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et