Tullantı suların təkrar istifadəsi ilə bağlı layihə hazırlanır

Tullantı suların təkrar istifadəsi ilə bağlı layihə hazırlanır

Tədbirlər

19 Noyabr 2024, 17:51

Tullantı sularının təkrar istifadəsi ilə əlaqəli yeni işçi qrupu yaradırıq.

Suinfo.az xəbər verir ki, bunu APA-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov deyib.

“Hövsan aerasiya sisteminin reabilitasiyası üçün yeni layihə işləyəcəyik və beynəlxalq tərəfdaşları buna cəlb edəcəyik. Əlimizdə olan ən böyük tullantı suları qurğusunun suyunun təkrar istifadəsi üçün seçməli olduğumuz yollara baxacağıq. Bu içməli su üçün deyil, sənaye, yaşıllaşdırma və kənd təsərrüfatında istifadə etmək üçün suyun təkrar təmizlənməsidir. Layihənin konsepti tullantı sularının təmizlənməsi və yenidən istifadəsidir. Gələn il ictimaiyyət üçün müxtəlif detallar açıqlanacaq", - o bildirib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et