Su təsərrüfatı sistemi layihələri müzakirə olundu

Su təsərrüfatı sistemi layihələri müzakirə olundu

Tədbirlər

17 Noyabr 2024, 20:50

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayilov OPEC Fondunun vitse-prezidenti xanım Şaima Al-Şeybi ilə görüş keçirib.

ADSEA-dan Suinfo.az bildirilib ki, görüşdə Azərbaycanın su təsərrüfatı sisteminin inkişafını hədəfləyən potensial infrastruktur layihələri müzakirə olunub.

OPEC Fondunun rəhbərliyi ölkəmizdə davamlı su təchizatını təmin edəcək bütün layihələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə dəstək niyyətlərini bildirib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et