“Sabunçu keçidi”ndə 2 nəfər boğularaq ölüb - VİDEO

“Sabunçu keçidi”ndə 2 nəfər boğularaq ölüb - VİDEO

Tədbirlər

22 Oktyabr 2024, 15:12

Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki nəfəri boğularaq ölüb.

Suinfo.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 

Batdığı ehtimal edilən digər şəxsin axtarışları davam edir.
 

İTV kanalının məlumatına görə, Sabunçu rayonu Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə axtarış-xilasetmə tədbirləri davam etdirilir. Əraziyə FHN-in texnikası və dalğıclar cəlb edilib.

 

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et