Su şəbəkəsinə qoşulma”  işçi qrupunun  iclası keçirilib

Su şəbəkəsinə qoşulma”  işçi qrupunun  iclası keçirilib

Tədbirlər

8 Oktyabr 2024, 16:57

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Su şəbəkəsinə qoşulma” sahəsi üzrə işçi qrupunun növbəti iclası keçirilib

İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri, Etibar Məmmədov və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin səlahiyyətlərini icra edən Tahir Xəlilovun rəhbərliyi ilə keçirilən iclasda idarə rəisləri, müavinlər, şöbə müdirləri, sektor müdirləri və Regional Su Meliorasiya Xidmətinin nümayəndələri iştirak ediblər. 

E.Məmmədov görülən işlər barədə məlumat verib və qarşıda duran vəzifələri xatırladaraq  ötən müddət ərzində görülən işlər barədə danışıb. O, fəaliyyət çərçivəsində həyata keçirilməli hansı işlərin qaldığına aydınlıq gətirilməsinin vacibliyindən söz açıb.
Tahir Xəlilov çıxışında məsələlərin həllinin sürətləndirilməsinə töhfə verən fikirlər səsləndirib, bir sıra təkliflər irəli sürüb. 

İclas iştirakçıları öhdələrinə düşən vəzifənin icra vəziyyəti ilə bağlı məlumat veriblər, çatışmazlıqların səbəblərinə aydınlıq gətiriblər. Daha səmərəli fəaliyyətin təşkilində vacib olan detalları diqqətə çatdırıblar. Tədbirdə Texniki şərtlərin verilməsinin yeni qaydalarının əksini tapan videorolikin və eyni məzmunlu “Məlunmat kitabça”sının təqdimatı həyata keçirilib.

 İclasa rəhbərlik edən şəxslər tərəfindən o da xüsusi vurğulanıb ki, Texniki şərtin verilməsi qaydalarının yeni tələblərə uyğun olaraq tam şəkildə formalaşması və tətbiqi vətəndaş məmnunluğuna nail olmaq üçündür.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et