Azərbaycanın su ehtiyatları son onilliklərdə 15% azalıb

Azərbaycanın su ehtiyatları son onilliklərdə 15% azalıb

Tədbirlər

25 Sentyabr 2024, 12:56

Azərbaycan çox yüksək su stressi kateqoriyasında aid edilir. Bu kateqoriyadan çıxmaq üçün sudan səmərəli istifadə edilməlidir, istifadə həcmi ən az 20% azaldılmalıdır.

Suinfo.az xəbər verir ki, bu fikri ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Avropa və Mərkəzi Asiyada ölkələrinin aqro - ərzaq sektorunda iqlim tədbirlərinin gücləndirməsi" mövzusunda regional iqlim konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanın su ehtiyatları son onilliklərdə 15% azalıb:

"Təhlilllər göstərir ki, 2023-cü ildə transsərhəd çaylardan daxil olan yerüstü su ehtiyatlarının iqlim dəyişmələrinin təsiri və qonşu ölkələrin su ehtiyatı kimi isitifadə etməsi nəticəsində 1961-1991-ci illə müqayisədə 28,4% azalıb. Azərbaycanda il ərzində istifadə edilən su obyektlərindən təqribən 13.5 milyard kubmetr su götürülür. Bunun 3.5 milyard kubmetri nəql və istifadə zamanı itkiyə gedir. 10 milyard kubmetr su suvarma və digər sahələrdə isitfadə olunur".

V.Kərimov vurğulayıb ki, çaylarda il ərzində götürülən suyu və transsərhəd çaylardan daxil olan suyu saymasaq, 12 milyard kubmetr həcm deməkdir, qrunt suları ilə birgə isə 16,2 milyard kubmetr təşkil edir:

"Bu, Azərbaycanın çox yüksək su stressi kateqoriyasına aid edilməsinin göstəricisidir. Bu kateqoriyadan çıxmaq üçün sudan səmərəli istifadə edilməlidir, sudan istifadənin miqdarı ən az 20% azaltmalıyıq. Suya tələbatın artması fonunda iqtisadiyyatın bütün sahələrində qənaətedici su texnologiyalarından istifadə edilməlidir".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et