Quraqlıq və daşqınlar kimi iqlim hadisələrinin daha çox şahidi olacağıq

Quraqlıq və daşqınlar kimi iqlim hadisələrinin daha çox şahidi olacağıq

Tədbirlər

24 Sentyabr 2024, 11:36

İqlim dəyişkənliyi səbəbindən baş verən təbiət hadisələri Azərbaycana da mənfi təsirlərini göstərəcək.

Suinfo.az xəbər verir ki, bunu bunu Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefanie Stallmeister Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") təşkilatçılığı ilə Bakıda keçirilən "Yaşıl maliyyə" konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişkənliyinin artması problemi ilə üz-üzədir: "Biz artıq bilirik ki, temperatur yüksəlir və bundan sonra da yüksələcək. Bundan əlavə, müxtəlif modelləşdirmələr vasitəsilə göstərdik ki, su ilə bağlı da dəyişikliklər artacaq. Məsələn, əvvəllər yağış yağmayan yerlərə yağış yağacaq, yağışın olduğu yerlər isə yağmursuz olacaq. Həmçinin quraqlıq və daşqınlar kimi iqlim hadisələrinin daha çox şahidi olacağıq. Bu artıq qlobal miqyasda müşahidə olunur və Azərbaycana da təsir edəcək".

Dünya Bankının rəsmisi qeyd edib ki, bu vəziyyət suyun 70 %-ni transsərhəd mənbələrdən əldə edən Azərbaycanı çox narahat edir: "Regionun digər ölkələri də oxşar problemlərlə üzləşirlər. Onlar öz ölkələrində suyu saxlamaq üçün su anbarları kimi infrastrukturlar qurmağa başlayacaqlar".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et