İşğaldan azad edilmiş ərazilərdə su sistemlərinin idarə edilməsi və ekoloji təsirləri

İşğaldan azad edilmiş ərazilərdə su sistemlərinin idarə edilməsi və ekoloji təsirləri

23 Sentyabr 2024, 15:11

Sentyabrın 26-da “The Ritz-Carlton” otelində “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə IV Su İnnovasiya Forumu keçiriləcək. Bu barədə forumun təşkilat komitəsindən bildirilib.

“Gələcək üçün su” konsept mesajı ilə keçiriləcək IV Su İnnovasiya Forumunun əsas məqsədi regionda su təsərrüfatlarının idarəedilməsi, tullantı sularının təkrar emalı, ekoloji sistemə təsirlərin müəyyən edilməsində yeni dünya təcrübəsinin mübadiləsi, qabaqcıl texnologiyaların nümayişi ilə dövlət və özəl sektoru bir araya gətirən müzakirə, əməkdaşlıq platformasının yaradılmasıdır.

IV Su İnnovasiya Forumu öz mövzuları, iştirak edən çıxışçıları, eləcə də tədbirə qatılan özəl və dövlət sektorunun nümayəndələri ilə zəngindir. Tədbir ölkəmizi və regionumuzu maraqlandıran sudan səmərəli istifadə, su ehtiyatlarının idarə edilməsi, ətraf mühitə təsirləri, iqlim dəyişiklikləri fonunda mövcud risklərin idarə edilməsi və bu kimi cəmiyyəti, sənayeni maraqlandıran mövzuları müzakirə üçün münbit şərait yaradacaq.

Forum dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, beynəlxalq şirkət və tədqiqat mərkəzlərinin mütəxəssislərinin iştirakı ilə sentyabrın 26-da keçiriləcək. Artıq ənənəyə çevrilmiş Su İnnovasiya Forumunun builki panel müzakirələrinə “İşğaldan azad edilmiş ərazilərdə su sistemlərinin idarə edilməsi və ekoloji təsirləri” mövzusunda müzakirə paneli əlavə edilməklə, yenidən qurulan Qarabağımızda su ehtiyatlarının qabaqcıl təcrübələrin tətbiqinin önəmi mütəxəssis, dövlət qurumlarının aidiyyəti nümayəndələri ilə müzakirə ediləcək. Sözügedən paneldə spikerlər iqlim dəyişikliyinin Qarabağda, ətraf bölgələrdə suyun mövcudluğuna, keyfiyyətinə təsir etməsi, tullantı sularının təmizlənməsi və təkrar istifadəsi üçün tətbiq olunan texnologiyalar, su ehtiyatlarının davamlı idarə edilməsi kimi mövzular haqqında iştirakçılara geniş məlumat verəcək. Panel müzakirələri çərçivəsində Qarabağda bu istiqamətdə həyata keçirilən yerli layihələr, gələcək perspektivlər və beynəlxalq təcrübələr paylaşılacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et