Xəzər dənizinin su səviyyəsinin dəyişməsi müzakirə edilib

Xəzər dənizinin su səviyyəsinin dəyişməsi müzakirə edilib

Tədbirlər

23 Sentyabr 2024, 14:16

COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyasının “Yüksək Səviyyəli Həftə”si çərçivəsində BMT Baş katibinin müavini, Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersenlə dəniz mühitinin plastik tullantılarla çirklənməsinin qabaqlanması, habelə Xəzər dənizinin su səviyyəsinin dəyişməsi məsələlərində əməkdaşlığı müzakirə edib.

Suinfo.az xəbər verir ki, bu barədə COP29-un mətbuat xidməti məlumat yayıb.

“BMT BA çərçivəsində Nyu-Yorkda keçirilən həftəlik tədbirlər çərçivəsində COP29 sədrliyi UNEP-in icraçı direktoru Andersen İngerlə səmərəli müzakirə aparıb. Onlar dəniz mühitində plastik çirklənmənin aradan qaldırılması və Xəzər dənizinin su səviyyəsinin dəyişməsi məsələlərində əməkdaşlıq barədə müzakirə aparıblar”, – məlumatda diqqətə çatdırılıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et