Su ehtiyatlarının qıtlığı Azərbaycan üçün kritik amildir

Su ehtiyatlarının qıtlığı Azərbaycan üçün kritik amildir

18 Sentyabr 2024, 16:08

Bakı şəhəri üzrə su itkiləri nəhəng fiziki itkilərlə müşayiət olunmaqla 52% civarındadır.

Suinfo.az xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra deyib.

O bildirib ki, bunun 82%-i texniki itkilərdir.

“Su itkilərində kommersiya itkilərinin həcmi 15-20% təşkil edir. Kommersiya itkiləri əsasən sayğacların qeydə alınmaması, qoşulmalar, məlumatların emalında sistematik xətalar və sayğaclara qanunsuz müdaxilələrlə bağlıdır”- Smita Misra əlavə edib.

Su itkilərinin azaldılmasının Azərbaycan üçün prioritet istiqamət olmasını vurğulayan S.Misra, "Bakıda dəniz suyunun duzsuzlaşdırılması proqramının qəbul olunduğunu nəzərə alaraq paytaxtda su itkilərinin iqtisadi səviyyəyə (20-30 %) qədər azaldılması olduqca vacibdir. Bu, nəticə əsaslı dövlət-özəl tərəfdaşlığı çərçivəsində ola bilər. Özəl sektorun ehtiyac duyulan təcrübə, nou-hau və maliyyə vasitələri gətirməsi üçün ilkin əsas addım Bakı şəhəri üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasıdır", - deyə qeyd edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et