Dünya Bankı su sektorunun gəlir gətirməməsinin səbəblərini açıqladı

Dünya Bankı su sektorunun gəlir gətirməməsinin səbəblərini açıqladı

18 Sentyabr 2024, 15:17

Azərbaycanın su sektorunda vacib məsələlərdən biri suyun böyük hissəsinin gəlir gətirməməsidir.

Suinfo.az xəbər verir ki, bunu Dünya Bankının Su və Sanitariya Xidmətləri üzrə Baş mütəxəssisi Smita Misra Bakıda keçirlən "Su Təhlükəsizliyi Problemlərinin Həll edilməsi üçün Su Sektorunda Effektiv İnstitutlara və Proqramlara Keçid" mövzusunda tədbirdə bildirib.

"Bu vəziyyətin əsas səbəbləri köhnə borular, korroziya və baxımsızlıqdır", - deyə o qeyd edib.

Bundan başqa, Dünya Bankı rəsmisi deyib ki, Azərbaycanda əhalinin 75 %-i sudan kəmərlər vasitəsilə istifadə edir: "Lakin bu, heç də etibarlı və dayanıqlı xidmət demək deyil. Əhalinin 69 %-nin sanitar qovşağı yaxşılaşdırılıb, lakin bu obyektlərin əksəriyyəti şəhər yerlərində yerləşir. Kənd yerləri ciddi zərər çəkir. İnfrastruktur köhnə və qeyri-adekvatdır. Köhnə su təmizləyici qurğularla qarşılaşırıq".

"Azərbaycan 70 % transsərhəd sulardan asılıdır və bu resurslar getdikcə azalır. Hazırda böyük problemlə üz-üzəyik. Təkcə transsərhəd suların deyil, digər su ehtiyatlarının da tükənmə, şoranlaşma və çirklənmə kimi problemləri var. Bu səbəbdən yalnız iqtisadi tənzimləmələr deyil, həm də su ehtiyatları və suyun keyfiyyəti tənzimlənməlidir", - deyə S. Misra əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et