“Suyun hər damcısı dəyərlidir” layihəsi çərçivəsində növbəti seminar keçirilib

“Suyun hər damcısı dəyərlidir” layihəsi çərçivəsində növbəti seminar keçirilib

Tədbirlər

7 Sentyabr 2024, 14:36

Suinfo.az xəbər verir ki, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunda "Suyun hər damcısı dəyərlidir!" layihəsi çərçivəsində növbəti seminar keçirilib.

 

Seminarda coğrafiya elmləri doktoru, professor İmanov Fərda "Çayların maksimal su sərflərinin hesablanması" mövzusunda təqdimatla çıxış edib.

 

O, öz təqdimatında əsas axım xarakteristikaları, hidroloji hesablamalarda rast gəlinən hallar, yağış daşqınlarının maksimal su sərflərinin hesablama metodları barədə ətraflı məlumat verib.

 

Çıxışdan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et