Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin su potensialı daha yüksək qiymətləndirilir.
Suinfo.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, burda 10 su anbarı, 17 çayın olması şirin su ehtiyatlarımızı daha da əlçatan edir.
“Bildiyiniz kimi işğaldan azad edilmiş ərazilər "yaşıl enerji" zonası elan edilib. Bundan başqa, bu ərazilərin "sıfır emissiya" zonası elan edilməsi ilə bağlı öhdəlik götürmüşük. Ona görə də, biz bu ərazilərdəki hidroenerji ehtiyatlarını, eyni zamanda suyun idarə edilməsi əsas hədəflərdəndir. İşğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur və bu prosesləri çalışırıq ki, ardıcıl olaraq orda tətbiq edək", - F. Tağıyev bildirib.