Ermənistanın su resurlarımızın çirkləndirilməsi ilə bağlı araşdırmalar davam etdirilir - Elnur Musayev

Ermənistanın su resurlarımızın çirkləndirilməsi ilə bağlı araşdırmalar davam etdirilir - Elnur Musayev

Tədbirlər

16 Avqust 2024, 13:50

Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir.

 

Suinfo.az xəbər verir ki, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfransda deyib.

 

“Ermənistan ərazisində qanunsuz fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin dayandırılması məqsədilə beynəlxalq təşkilatlara, habelə xarici ölkələrin ekoloji nəzarət qurumlarına sorğular verilib, su nümunələri götürülərək çirklənmənin təsir dairəsi müəyyən edilir. Toplanmış materiallara hüquqi qiymət veriləcəkdir" - o əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et