Sumqayıtın bir hissəsinin suyu KƏSİLƏCƏK

Sumqayıtın bir hissəsinin suyu KƏSİLƏCƏK

Su qıtlığı

10 Yanvar 2024, 15:46

Sumqayıtın bir hissəsinə suyun verilişində fasilə yaranacaq.

 

Bu barədə "Suinfo.az"a Sumqayıt Sukanal İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran Saray 85.75 səviyyəsindən gələn d450mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq bu gün saat 21:00-dan, səhər saat 06:00-a qədər şəhərin bəzi ünvanlarında suyun verilişi dayandırılacaq.

 

Kəmərin su ilə təmin etdiyi 48, 50, 51-ci məhəllələrdə, 16, 17, 18, 20 və 21-ci mikrorayonların bir hissəsi və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et