Sumqayıt şəhərində suyun verilişində fasilələr yaranacaq.
Suinfo.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin “Sumqayıt Sukanal İdarəsi”ndən” məlumat verib.
Qeyd olunub ki, Sumqayıt şəhərnin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində ( D=450mm) aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 24.05.2024-cü il tarixində saat 09:00-dan 22:00-dək Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, Bulvar ərazisi, 26-cı məhəllə, Xəzər bağları, 7, 8, 12-ci məhəllələrin bir hissəsinə suyun verilməsi dayandırılacaq.