Regionlarda fermerlər su qıtlığından əziyyət çəkirlər - Nazir müavini

Regionlarda fermerlər su qıtlığından əziyyət çəkirlər - Nazir müavini

Su qıtlığı

13 Mart 2024, 10:46

Şəhər əhalisi su qıtlığıni ciddi hiss etməsə də, regionlarda fermerlər bu məsələdə çətinlik yaşayır.

 

Suinfo.az xəbər verir ki, bunu  Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakı Su Həftəsi Beynəlxalq Konfransının ("Baku Water Week Conference") açılış mərasimində deyib.

 

"Şəhər əhalisi su qıtlığıni ciddi hiss etməsə də, regionlarda fermerlər bu məsələdə çətinlik yaşayır. Temperaturun yüksəlməsi, qonşu dövlətlərdən daxil olan suyun azalması, əhalinin artımı, yaşam standartlarının yüksəlməsi suya olan tələbatı artırır. Azərbaycan su ehtiyatlarının üçdə iki hissəsini transərhəd çaylar formalaşdırır. Dünyanın 153 ölkəsi transsərhəd su ehtiyatlarından istifadə edir. Lakin bu ölkələrin yalnız üçdə biri təşkilatın üzvüdür. Bildirmək istəyirəm ki, təxminən 3 milyard insan digər dövlətlərdən gələn su ehtiyatları sahilində məskunlaşıb",- nazir müavini əlavə edib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et