Naxçıvan şəhərinə içməli suyun verilişi dayandırılacaq

Naxçıvan şəhərinə içməli suyun verilişi dayandırılacaq

Su qıtlığı

23 Oktyabr 2025, 12:34

Naxçıvan şəhərində içməli su xəttində qəza baş verib.

Suinfo.az xəbər verir ki, qəza şəhərin Atabəylər, Babək, Z.Əliyeva məhəllələrini, H.Aslanov küçəsini həmçinin Qaraçuq, Qaraxanbəyli, Bulqan və Hacıniyyət kəndlərini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.

Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar bu gün saat 14:00-da bu ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

Təmir-bərpa işləri gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et