İki il sonra avropalılar isti sudan məhrum ola bilərlər

İki il sonra avropalılar isti sudan məhrum ola bilərlər

Su qıtlığı

10 Oktyabr 2025, 08:12

Avropa İttifaqı (Aİ) su qızdırıcılarının istehsalında istifadə olunan bəzi metalları icazə verilən maddələr siyahısından çıxarıb. Yeni tənzimləməyə görə, 2027-ci ildən etibarən avropalılar isti susuz qala bilərlər.

Suinfo.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, qafnium və sirkonium adlı metallardan istifadəyə qadağa qoyulub. Bu qərar onların içməli suyu çirkləndirdiyi üçün Brüsseldə qəbul edilib.

Bu metalları əvəz etmək üçün polad və mis kimi materiallardan istifadə etmək mümkün olsa da, onların qiyməti 4-5 dəfə bahadır. Nəticədə, su qızdırıcılarının istehsal xərcləri və satış qiyməti artacaq ki, bu da adi avropalı istehlakçılara birbaşa təsir göstərəcək.

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et