Naxçıvan şəhərində içməli su xəttində qəza baş verib.
Suinfo.az xəbər verir ki, qəza şəhərin Əliqulu Qəmküsar küçəsi və Babək məhəlləsini içməli su ilə təmin edən magistral xətdə qeydə alınıb.
Qəzanın fəsadlarının aradan qaldırılması işləri ilə əlaqədar oktyabrın 9-da gecə həmin ərazilərin müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər sabah gün ərzində yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilişi bərpa ediləcək.
[email protected]
(055) 946-06-60