Bakının bu rayonunun suyu kəsiləcək

Bakının bu rayonunun suyu kəsiləcək

Su qıtlığı

15 İyul 2025, 17:17

Bakının Xətai rayonundan keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar sabah saat 22:00-dan iyulun 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Suinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 17-si axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et