Kəndlərə sel gəldi, evləri su basdı - VİDEO

Kəndlərə sel gəldi, evləri su basdı - VİDEO

Su qıtlığı

7 May 2025, 08:38

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.

Suinfo.az “Report”a istinadən xəbər verir ki, rayonda yağan güclü yağışlar nəticəsində əmələ gələn sel suları “Yeddipara” adlanan Udullu kənd ərazi vahidliyində yaşayış evlərini basıb.

Sakinlərin sözlərinə görə, Harami dağından gələn sel Şorbaçı, 1-ci və 2-ci Paşalı kəndlərində həyətyanı sahələrə dolub.

Sözügedən kəndlərin əhalisi çətin vəziyyətdə qalıb.

Bununla bağlı artıq aidiyyəti qurumlar hərəkətə keçib.

Görüntüləri təqdim edirik:

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et