Sumqayıta içməli suyun verilməsi DAYANDIRILDI

Sumqayıta içməli suyun verilməsi DAYANDIRILDI

17 Aprel 2025, 14:57

Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilişində fasilə yaranıb.

Bu barədə Suinfo.az-a Sumqayıt Sukanal idarəsindən məlumat verilib.

Qeyd olunub ki, Sumqayıt şəhərini içməli su ilə təchiz edən magistral su xəttində intensiv yağışlardan sonra bulanıqlıq əmələ gəlib.

Əhaliyə verilən içməli suyun təmizlənməsi ilə əlaqədar bu gün səhər saatlarından axşam saatlarına qədər Sumqayıt şəhərinin bəzi ərazilərinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranıb.

İşlər yekunlaşandan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.

REKLAMINIZ BURADA!

[email protected]

(055) 946-06-60

300x250
Modern.az son xəbərlər
Sayta keçid et