Tacikistan Qazaxıstana 500 milyon kubmetr su göndərib

Tacikistan Qazaxıstana 500 milyon kubmetr su göndərib

Su qıtlığı

10 Dekabr 2024, 12:43

Tacikistan hökuməti 2024-cü ildə kənd təsərrüfatı sahələrinin suvarılması üçün Qazaxıstana təxminən 500 milyon kubmetr su göndərib ki, bu da 2023-cü ildəkindən 40 milyon kubmetr çoxdur.

 

Suinfo.az xəbər verir ki, bu barədə Qazaxıstanın Su Resursları və İrriqasiya Nazirliyinin mətbuat xidməti Telegram kanalında məlumat verib.

 

Nazir Nursjan Nurjigitovun sözlərinə görə 1 iyul tarixindən etibarən Tacikistan "Dostluq" (Do'stlik) adlanan dövlətlərarası kanal vasitəsilə Qazaxıstana 488,6 milyon kubmetr su göndərib ki, bu da 2024-cü ildə planlaşdırılan həcmdən 45 milyon kubmetr çoxdur.

 

Nazir bildirib ki, "Tacikistan bizim üçün mühüm tərəfdaşdır, həmçinin bütün Mərkəzi Asiya ölkələri ilə su resurslarının idarə edilməsi və qorunması sahəsində əməkdaşlığa böyük önəm veririk."

 

Bundan əvvəl, 1 aprel tarixində, Özbəkistan Qazaxıstana 4 milyard kubmetrdən çox su göndərmişdi. Qırğızıstan və Qazaxıstan Şu çayı ilə 180 milyon kubmetr, Tələs çayı ilə 380 milyon kubmetr su göndərilməsi barədə razılığa gəliblər.

 

Qazaxıstan hökumətinin açıqlamasına görə bu su, ölkənin cənub bölgələrindəki kənd təsərrüfatı ehtiyaclarını təmin etmək məqsədilə istifadə olunur. 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et