Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar bəzi ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Suinfo.az-a verilən məlumata görə, Sumqayıt şəhərinin bir hissəsini içməli su ilə təmin edən su kəmərində təmir bərpa işləri ilə əlaqədar 28.10.2024-cü il tarixində səhər saat 09:00-dan axşam saat 23:00-a qədər 9-cu mikrorayonun bir hissəsi, Qızıl Qum Qəsəbəsi, Köhnə Corat qəsəbəsinin bir hissəsi, Bağlar ərazisinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Məlumata görə, Təmir işləri yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.