Sabah Bakı şəhərinin bu ərazilərində sular kəsiləcək

Sabah Bakı şəhərinin bu ərazilərində sular kəsiləcək

Su qıtlığı

25 Sentyabr 2024, 17:21

Sentyabrın 26-sı saat 06:00-dan 20:00-a qədər Bakı şəhərinin Balaxanı, Sabunçu və Ramana qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Suinfo.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti məlumat yayıb.

Buna səbəb isə su anbarından çıxan xəttin üzərinə sayğacın quraşdırılması göstərilir.

İşlər yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi istiqamətində prosedurlara başlanılacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et