Azərbaycanda su qıtlığı yaşanır və iqlim dəyişmələri fonunda bu problem getdikcə daha da kəskinləşəcək.
Suinfo.az xəbər verir ki, bunu Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Stefanie Stallmeister “Su təhlükəsizliyi problemlərinin həll edilməsi üçün su sektorunda effektiv İnstitutlara və proqramlara keçid" hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, qonşu Türkiyə, Gürcüstan və Rusiyanın su ehtiyatları azaldıqca, Azərbaycana çatacaq su ehtiyatları da azalacaq:
“Bunları nəzərə alaraq Azərbaycan hökuməti məhdud olan su ehtiyatlarının səmərəli istifadəsi üçün tədbirlər görməlidir. Bu istiqamətdə ən vacib addımlardan biri institusional təşkilatın təkmilləşdirilməsidir".