Sentyabrın 6-sı Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.
Suinfo.az İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinə istinadən xəbər verir ki, buna səbəb ərazidə yerləşən su xəttində aparılan təmir işləridir.
Məlumatda bildirilir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məmmədhəsən Hacınski küçəsi 3 ünvanında yerləşən qazanxananın giriş xəttinin üzərində quraşdırılmış siyirtmənin dəyişdirilməsi ilə əlaqədar 6 sentyabr saat 10:00-dan 16:00-a qədər Bakıxanov qəsəbəsinin bir hissəsində içməli suyun verilməsində fasilə yaranacaq.