Paris olimpiadasında triatlonçuların bazar ertəsinə planlaşdırılan yarış öncəsi ikinci üzgüçülük məşqi ləğv edilib.
Suinfo.az xəbər verir ki, bu barədə təşkilat komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, buna səbəb Sena çayında suyun keyfiyyətinin qənaətbəxş olmamasıdır.
Olimpiadanın Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları suyun keyfiyyətinə kifayət qədər zəmanət vermədiyi üçün triatlon yarışının üzgüçülük hissəsinin ləğv edilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, çirklilik səviyyəsinin yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışlar keçirilir. Paris-2024 avqustun 11-də başa çatacaq.