Su Ehtiyatları Agentliyinin strukturu hələ tam formalaşdırılmayıb - Sədr müavini

Su Ehtiyatları Agentliyinin strukturu hələ tam formalaşdırılmayıb - Sədr müavini

Tədbirlər

17 Yanvar 2024, 13:36

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) strukturu hələ tam formalaşdırılmayıb.

 

"Suinfo.az" xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deyib.

 

"Ötən ilin mart ayında Azərbaycan Prezidenti "Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman" imzalayıb. Fərmana əsasən, yeni Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı. Eyni zamanda Agentliyin fəaliyyətinin təşkili ilə də bağlı fərman imzalandı. Bununla bağlı 6 alt qurum yaradılıb.

 

Tapşırıqlara əsasən, onların nizamnamələri, əsasnamələri hazırlanır. ADSE-nin strukturu formalaşana qədər, "Azərsu" ASC və "Meloirasiya və Su Təsərrüfatı" ASC öz fəaliyyətlərini davam etdirirlər", - deyə o qeyd edib.

 

Qeyd edək ki, bu gün komitənin iclasında "Su təchizatı və tullantı suları haqqında" qanun layihəsi müzakirə olunur.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et