Astarada leysan elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurub

Astarada leysan elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurub

Ekologiya

28 İyul 2024, 14:35

Astara rayonunda yağan leysan yağışları elektrik təsərrüfatına və vətəndaşlara ziyan vurub.

 

Suinfo.az xəbər verir ki, leysan nəticəsində rayonun Diqoli kəndində yüksək gərginlikli elektrik dirəkləri aşıb.

 

Elektrik naqilləri kənd sakinlərinin mal-qarasının otladığı əraziyə düşüb. Nəticədə iki iribuynuzlu heyvan tələf olub. Qəza səbəbindən ərazidəki yaşayış məntəqələri işıqsız qalıb.

 

(Report)

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et