İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Formula1"lə bağlı komissiya yaradıb

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Formula1"lə bağlı komissiya yaradıb

22 İyul 2024, 17:08

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Formula1" yarışlarına hazırlıq məqsədilə xüsusi komissiya yaradaraq fəaliyyət planı hazırlayıb.

 

Bu barədə Suinfo.az-a Xidmətdən bildirilib.

 

Məlumata görə, 13-15 sentyabrda Bakıda keçirələcək yarışlar zamanı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin qarşısındakı öhdəliklərin icrası, planlamalar, mövcud vəziyyətin qiymətləndirilməsi, görüləsi işlərlə bağlı fəaliyyət planının hazırlanması məqsədilə yaradılan komissiyanın və işçi qrupunun iclası keçirilib.

 

Xidmətin müavinləri – komissiya sədri Tahir Xəlilov, sədr müavini İlqar Tağıyev, komissiyanın və işçi qrupunun üzvlərinin iştirakı ilə keçirilən iclasda fəaliyyət planında əksini tapmalı olan nüanslar üzrə fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb, tapşırıqlar verilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et