Zaqatalada sel suları nəticəsində zərər görmüş suvarma kanalları təmir olunur

Zaqatalada sel suları nəticəsində zərər görmüş suvarma kanalları təmir olunur

19 İyul 2024, 14:00

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Zaqatala rayonunda yerləşən yerli istismar idarəsi 2024-cü ilin 6 ayı ərzində istismar tədbirlərinə uyğun olaraq meliorativ tədbirlərini davam etdirir.

 

Suinfo.az xəbər verir ki, vegetasiya suvarma mövsümünə hazırlıq üçün kanallarda 148 min kub metr həcmində 54 km uzunluğunda lildən və kol-kosdan təmizlənməsi işləri görülüb. Əlavə olaraq idarənin balansında olan ayrı-ayrı suvarma kanallarında 2307 kub metr həcmində əl ilə lildən təmizlənmə işləri aparılıb. Görülən işlərə baxmayaraq güclü leysan yağışları kanallara zərər vurub və hazırda suvarma kanallarında bərpa-təmir işləri həyata keçirilir.

 

Yerli istismar idarəsi suvarma ilə yanaşı selə qarşı tədbirlərini də davam etdirir. Belə ki, rayon ərazisindən axan çaylarda buldozerlər və ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının tənzimlənməsi 296 min kub metr həcmində yerinə yetirilib. Bu işlər həmdə Muxaxçay və Talaçay sisteminin sol sahilində davam etdirilib. Yaşayış məntəqələrinin və əkin sahələrinin mühafizə olunması məqsədilə sahilqoruyucu daş- beton bənd təmir olunub.

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) "Report"un yerli bürosuna bildirilib ki, suvarma mövsümü ilə əlaqədar olaraq ölkə ərazisində yerləşən bütün yerli istismar idarələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et