Bizim məqsədimiz ödənişlərin onlayn həyata keçirilməsini təmin etməkdir - Sektor müdiri

Bizim məqsədimiz ödənişlərin onlayn həyata keçirilməsini təmin etməkdir - Sektor müdiri

12 İyul 2024, 16:20

Yeniliklərdən biri vətəndaş ilə məmur arasında ünsiyyətin minimuma endirilməsidir.

 

Bunu Suinfo.az-a açıqlamasında Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin sektor müdiri Natiq Quliyev söyləyib.

 

"Vətəndaş ASAN Kommunal xidmətlərinə müraciət edə bilir. Yəni bir prosedur bundan ibarətdir. Xidmətlərdən digəri isə qoşulmaya görə ödənişin təqdim olunmasıdır. Burada da maksimum çalışırıq ki, ödənişlə bağlı olan sənədləri elektronlaşdıraq. Belə olduqda istifadəçilər faktura almasına gərək olmayacaq. Yəni bu proseslərin hamsı elektron formada olacaq. Bizim məqsədimiz ondan ibarətdir ki, həmin sənədləri elektron göndərək və ödənişlər artıq bu cür həyata keçirilsin",-deyə o bildirib.

 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et