Azərbaycanın bütün daxili çayları üzərində toplam həcmi 1,3 milyard kubmetr olan 40-a qədər kiçik su anbarı tikilməlidir.
Bunu Suinfo.az-a açıqlamasında əməkdar mühəndis, "Hidroloq"şirkətinin rəhbəri Əhməd Məmmədov söyləyib.
"Biz su həftəsində Azərbaycan ərazilərində olan su ehtiyatlarının daha kompleks sitifadəsi ilə bağlı çox böyük bir layihəni təqdim etdik. Ölkə ərazisinə hidroloji baxımdan 6 zonaya bölmək olar. Bunlar Lənkəran, Naxçıvan, Şirvan, Qarabağ, Şəki-Zaqatala və Gəncə-Qazax zonalarıdır. Hər bir bölgə üzrə bizim orada olan bütün ehtiyatlar apardığımız analizlər nəticəsində dəyərləndirilir. Nə qədər ərazinin suvarıldığı, istifadəçilər, əhalinin suya olan tələbatı haqqında məlumatlar toplanılıb. Bütün bu hesabatlar 2050 və 2070-ci illəri nəzər alınaraq aparılıb. Gəldiyimiz nəticə ondan ibarət oldu ki, Azərbaycanın bütün daxili çayları üzərində toplam həcmi 1,3 milyard kubmetr olan 40-a qədər kiçik su anbarı tikilməlidir", - deyə o əlavə edib.