May ayının ortalarından yay qrafikinə keçilib - Cabbar Cabbarlı

May ayının ortalarından yay qrafikinə keçilib - Cabbar Cabbarlı

Müsahibə

13 İyun 2024, 13:12

Yay fəsli ilə əlaqədar olaraq yay qrafikinə keçid etmişik. İri şəhərlərin publik hüquqi şəxsin rəhbərliyi tərəfindən qrafiklər təsdiq olunub, müvafiq strukturlara icrası üçün göndərilib. 

 

Bunu Suinfo.az-a açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Su Təchizatı Xidməti Publik Hüquqi şəxsin İdarə heyətinin sədr müavini Cabbar Cabarlı söyləyib.

 

"Yay fəsli ilə əlaqədar olaraq yay qrafikinə keçid etmişik. İri şəhərlərin publik hüquqi şəxsin rəhbərliyi tərəfindən qrafiklər təsdiq olunub, müvafiq strukturlara icrası üçün göndərilib. May ayının ortalarından artıq yay qarafikinə keçilib. Bu da təbii ki, müəyyən formada istehlakçıda özünü göstərir. Abşeron yarımadasında olan 930 min kubmetrlik anbarlarda su səviyyəsini normal saxlamaq, əhalinin dayanıqlı su ilə təmin etmək üçün bu qrafik vacibdir", - deyə o bildirib. 
 

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et