Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür

Ekologiya

5 İyun 2024, 14:45

Bu gün Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilən və hər il iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü bütün ekoloqlar və ekoloji təşkilatlar üçün qlobal diqqəti ekoloji problemlərə cəlb etmək, habelə ətraf mühitin qorunmasına yönəlmiş siyasi marağı və müvafiq tədbirləri stimullaşdırmaq üçün əsas vasitələrdən biridir.

 

Suinfo.az xəbər verirki, ekoloji təqvim 1972-ci il dekabrın 15-də BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. 

 

Seçilmiş tarix 5 iyun - İnsan Ətraf Mühitinə dair Stokholm Konfransının 1972-ci ildə başladığı gün idi və bundan sonra Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaradıldı.

 

Həmin günün qeyd edilməsi hər bir insanda ətraf mühitin mühafizəsinə töhfə vermək istəyini oyatmaq və daha çox insanı planetin təbii həyat təminatı sistemlərinə artan təzyiqin kritik həddə çatmasının qarşısını almaq üçün tədbirlər görməyə təşviq etmək məqsədi daşıyır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et