Bu gündən "Su gündəmi" verlişi efirə başlayır

Bu gündən

Faydalı

4 İyun 2024, 11:00

Bu gündən etibarən ASAN Radio və Dövlət Su Ehtiyatları Agentliyinin birgə lahiyəsi olan "Su gündəmi" verlişi efirə başlayır.

 

Suinfo.az xəbər verir ki, bu barədə ASAN Radionun sosial şəbəkə hesabında paylaşım edilib.

 

Verlişdə Azərbaycanın şirin su ehtiyatları, onun azalmasına səbəb olan amillər, su ehtiyatlarından səmərəli istifadə, nəzarətdən kənar istifadənin və israfçılığın qarşısının alınması üçün görülən işlər, qanunvericiliyin tələbləri, maarifləndirmə tədbirləri kimi mövzular ətrafında müzakirələr aparılacaq.

 

Qeyd edək ki, verliş hər çərşənbə axşamı 17:05-də, təkrarı isə cümə axşamı 11:05-də olacaq.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et