Temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Temperatur 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Tədbirlər

16 Dekabr 2023, 17:20

Dekabrın 17-si gündüzdən 18-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 18-23 metr olacağı, arabir 25-28, yarımadanın bəzi yerlərində arabir 30-33 metrədək güclənəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində havanın arabir yağıntılı olacağı ehtimal edilir. Dekabrın 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° enərək, gecə 1-3° isti, gündüz 4-7° isti olacağı gözlənilir.

 

Dekabrın 17-də gündüz şimal və qərb rayonlarından başlayaraq dekabrın 18-i gündüzədək bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.

 

Qərb küləyi əsəcək, sürəti arabir 18-23 metr/saniyə olacaq, ayrı-ayrı yerlərdə arabir saniyədə 30-35 metrədək güclənəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° enəcək. Aran rayonlarında gecə 1-6°, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı gözlənilir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et