Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basdı

Şərurda çoxmənzilli yaşayış binasının zirzəmisini su basdı

Tədbirlər

5 May 2024, 13:23

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində və Şərur rayonu, Danyeri kəndində çoxmənzilli yaşayış binasının zirzəmisinin və qeyri-yaşayış obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

 

Suinfo.az xəbər verir ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

 

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et