Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı

Səbaildə suyun verilməsində məhdudiyyətlər yarandı

Su qıtlığı

2 May 2024, 10:04

Bakının Səbail rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

 

Suinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat verib.

 

Bildirilib ki, su kəmərində baş vermiş qəza ilə əlaqədar mayın 2-də Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.

 

Agentlik bununla əlaqədar abonentlərdən üzr istəyir.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et