Cəbrayıl şəhəri 24 saat su ilə təmin olunur - Müşfiq Adıgözəlov

Cəbrayıl şəhəri 24 saat su ilə təmin olunur - Müşfiq Adıgözəlov

Müsahibə

1 May 2024, 12:47

Cəbrayıl şəhərinin mövcud məskunlaşma olunan ərazisi kəhriz vasitəsilə 24 saat içməli su ilə təmin olunur. Şəhərdə məskunlaşma olan obyektlərin su və çirkab su xidmətinin göstərilməsi üçün Cəbrayıl Sukanal idarəsinin tərkibində bir sahə yaradılıb, oraya işçilər cəlb olunub.

 

Bunu Suinfo.az-a açıqlamasında Qarabağ Regional Sukanal idarəsinin rəisi Müşfiq Adıgözəlov söyləyib.

 

O bildirib ki, hazırda Böyük Qayıdış Proqramına uyğun olaraq Cəbrayıl şəhərinin xarici su təchizatı layihəsinin icrası davam etdirilir.

 

"Layihə çərçivəsində şəhərin şimal hissəsində subartezian quyuları qazılır, anbarın tikintisi üçün torpaq işləri görülür, eyni zamanda quyu zonasından mərkəzi anbara və anbardan şəhər istiqamətinə magistral su xətləri çəkilir. Cəbrayılda tullantı və yağış sularının axıdılması məqsədilə şəhərin cənub istiqamətində 600 millimetr borularla kanalizasiya kollektoru tikilir. Ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq 2024-cü il ərzində yeni mənbədən şəhərə suyun verilməsi təmin olunacaq, öz dədə-baba torpağına qayıdan cəbrayıllılar dayanıqllı və keyfiyyətli içməli su ilə təmin ediləcək”, - deyə idarə rəisi əlavə edib.

 

Qeyd edək ki, layihə axtarış işləri zamanı quyu zonasında 1 ədəd kəşfiyyat-qiymətləndirmə quyusu qazılıb. Burada şəhərin tələbatını ödəyəcək həcmdə və keyfiyyətli su ehtiyatlarının olduğu təsdiqlənib.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et