İçməli suyun çirklənməsi dünyada olan qlobal problemdir

İçməli suyun çirklənməsi dünyada olan qlobal problemdir

Su qıtlığı

14 Dekabr 2023, 15:23

İnsan sağlamlığına təsir edən bir sıra risk amilləri var ki, burada içməli suyun yeri danılmazdır və onun antropogen çirklənməsi hazırda dünyanın gündəmində olan qlobal problemlərdən biridir.

 

"Suinfo.az" xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının Rezidentura və magistratura şöbəsi ilə birgə ilk dəfə keçirdiyi seminarda şöbə müdirinin müavini, assistent Namiq Xəlilov söyləyib.

 

Müzakirələrdə bildirilib ki, su ekosistemlərinin çirklənməsi bütün canlı orqanizmlər, xüsusən də insanlar üçün böyük təhlükə yaradır. İnsan sağlamlığı üçün çirklənmiş suyun istifadəsi, eləcə də onunla təmasda yaranan mənfi təsirlər ya birbaşa içmə yolu ilə, ya da uzun qida zəncirləri boyunca bioloji yığılma nəticəsində baş verir. İnsan çirklənmiş su ilə təmasda olduqda, müxtəlif parazitlər dəriyə nüfuz edir və ciddi xəstəliklərə səbəb ola bilir. Müasir şəraitdə suyun bakterial çirklənməsi nəticəsində vəba, qarın yatalağı, dizenteriya və s. epidemik xəstəliklərin yayılma təhlükəsi artır.

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et