Mingeçevir su anbarı vasitəsilə 262,7 min hektar ərazi su ilə təmin olunur

Mingeçevir su anbarı vasitəsilə 262,7 min hektar ərazi su ilə təmin olunur

Müsahibə

26 Aprel 2024, 14:48

Mingeçevir su anbarında 2023-cü illə müqayisədə 2024-cü ildə 2,7 milyard kubmetr artıq su toplanıb.

 

Bunu Suinfo.az-a açıqlamasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin baş məsləhətçisi Sarvan Ağayev söyləyib.

 

O qeyd edib ki, Yuxarı Qarabağ kanalı və Yuxarı Şirvan kanalları vasitəsilə 262,7 min hektar ərazi su ilə təmin olunur.

 

"Mingeçevir su anbarından qidalanan Yuxarı Qarabağ kanalı və Yuxarı Şirvan kanalları ümumilikdə Qarabağ və Şirvan bölgəsinin 262,7 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. 2024-cü ildə hər iki kanallara suyun götürülməsində çətinlik gözlənilmir".

Suinfo.az reklam
Modern.az son xəbərlər
Sayta keçid et